Bəhreyn ABŞ-a 17 milyard dollarlıq sərmayə qoyacaq

Bəhreyn ABŞ iqtisadiyyatına təxminən 17 milyard dollar sərmayə qoymaq niyyətindədir.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə baş nazir, Krallığın vəliəhdi Salman bin Həməd bin İsa Əl Xəlifə Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşündə bildirib.
"ABŞ-a gələcək 17 milyard dollar dəyərində sövdələşmələri elan etməkdən məmnunuq. Və bu realdır. Bu, real puldur, uydurma müqavilələr deyil", - deyən vəliəhd hansı layihələrdən bəhs etdiyini açıqlamayıb. O, bildirib ki, Trampla danışıqlar zamanı təhlükəsizlik, ticarət və investisiya ilə bağlı məsələləri müzakirə etməyi planlaşdırır.