Xiaomi yeni elektrikli SUV modelini təqdim etdi


Çinli ağıllı telefon və elektronika istehsalçısı Xiaomi ötən il ilk dəfə daxil olduğu elektrikli avtomobil bazarında yeni bir modelini satışa çıxarıb.

Şirkət “YU7” adını verdiyi elektrikli SUV modelini dünən Pekində keçirilən tədbirdə təqdim edib.

Texniki xüsusiyyətlərinə görə 3 fərqli versiyada və ümumilikdə 9 rəng seçimi ilə təqdim olunan avtomobilin başlanğıc qiyməti 253 min 500 yuan (təxminən 35 min 400 ABŞ dolları) olaraq müəyyən edilib.

Yeni modelin batareya məsafəsinin 835 kilometr olduğu bildirilib.

“YU7” adlanan bu elektrikli SUV Xiaomi-nin ötən il bazara çıxardığı elektrikli idman avtomobilindən sonra hazırladığı ikinci elektrikli nəqliyyat vasitəsidir.

Qeyd edək ki, Xiaomi “SU7” adını verdiyi ilk elektrikli idman avtomobilini 2024-cü ilin martında bazara təqdim etmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu