Tender dələduzluğu ilə bağlı məhkəmədə hökm oxundu


"Paradise M" şirkətini tenderdə qalib etdirəcəyinə dair vəd verərək dələduzluq cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub.



Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə mühakimə olunan Ayaz adlı şəxs 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.



Onun həbsdə və ev dustaqlığında saxlanıldığı 6 ay 22 gün müddət bir günə iki gün hesablanmaqla verilən cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 10 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.



İş materiallarından məlum olur ki, təqsiləndirilən şəxsin Rövşən adlı tanışı ondan "Paradise M" MMC-ni tenderdə qalib etdirməyi istəyib. Təqsirləndirilən şəxs də 30 000 dollar müqabilində bu işi görəcəyini bildirib. Şirkət zərərçəkənin tanışına məxsus olduğundan tərəflər iş həll olunacağı təqdirdə 30 000 dolları aralarında böləcəklərinə razılaşıblar.



Lakin iş alınmayıb. Ayaz aldığı 30 000 dollardan 5000 dollarını qaytarıb. Qarşı tərəf isə yerdə qalan məbləği almaq üçün hüquq-mühafizə orqanlarına müraciət edib.



Ayaz saxlanılıb və daha sonra ona ittiham elan edilib. Həmçinin barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı növündə qətimkan tədbiri seçilib.



Məhkəmə prosesində Ayaz özünü qismən təqsirli bilib. O, həmçinin qeyd edib ki, dəymiş ziyan ailəsi tərəfindən ödənilib.



Zərərçəkən də təqsirləndirilən şəxsin ziyanı ödədiyini və artıq ondan şikayətçi olmadığını bildirib.



Araşdırmalarımız zamanı məlum olub ki, "Paradise M" 2019-cu ildə qeydiyyata alınıb. 2021-ci ilə qədər şirkətin adı "Emin 1976" olub. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Niyazov Qadir Adil oğludur. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir.



Qaynarinfo



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu