"TikTok"da dələduzluq edən şəxsə hökm oxundu


Özünü hüquq-mühafizə orqanı əməkdaşı kimi təqdim edərək vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub.


Gədəbəy Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.1-ci (Dələduzluq) maddəsi ilə mühakimə edilən X.Z.-ya 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

Cavad Əliyev üzərində başqa bir cinayət işinə görə 3 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzası olduğuna görə cəzalar qismən toplanıb və ona qəti olaraq 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub.

İş materiallarından məlum olur ki, X.Z. özünü "TikTok" platformasında Cavad Əliyev adlı polis əməkdaşı təqdim edirmiş. X.Z. həmin platformada tanış olduğu xanımlardan birinin yaxınını polisə işə düzəkdəcəyini bildirib. Bunun müqabilində 5000 manat pul alıb. Lakin qarşı tərəf sonradan aldanıldığını başa düşüb. X.Z.-ya zəng edərək pulu geri istəyib. Məlum olub ki. X.Z. Astara çəhərində başqa bir cinayət işinə görə saxlanılıb.
X.Z. məhkəmə prosesində özünü verilmiş ittiham üzrə təqsirli bilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu