Starmer Cənubi Koreya prezidentini tərcüməçi ilə səhv saldı - VİDEO

Böyük Britaniyanın baş naziri Keyr Starmer G7 sammiti zamanı Cənubi Koreyanın yeni prezidenti Li Jae-Myungu tanımayıb və səhvən tərcüməçisinin əlini sıxıb.
AFN.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Görüntülərdə Starmerin əlini tərcüməçiyə uzatması, daha sonra xanım köməkçisinin məlumatlandırması nəticəsində Li Jae-myungun dayandığı digər istiqamətə yönəldiyi görünür.
G7 sammiti Kanadanın Kananaskis kurort zonasında keçirilir.