Modi Trampa: Kəşmir məsələsində vasitəçiliyə ehtiyac yoxdur


Hindistanın Baş naziri Narendra Modi ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.



AFN.az Hindistan mediasına istinadən xəbər verir ki, söhbət zamanı Modi Nyu-Dehlinin Kəşmir probleminin həlli üçün vasitəçiliyə ehtiyac duymadığını vurğulayıb. Bu barədə Hindistan Xarici İşlər Nazirinin birinci müavini Vikram Misri açıqlama verib.



Onun sözlərinə görə, Trampın təşəbbüsü ilə baş tutan 35 dəqiqəlik telefon danışığında Modi qeyd edib ki, Hindistan heç vaxt vasitəçiliyə razı olmayıb, indi də qəbul etmir və gələcəkdə də bu yola getməyəcək. “Bu məsələdə Hindistan daxilində tam siyasi həmrəylik mövcuddur”, – deyə Misri əlavə edib.



Diplomat iddia edib ki, Hindistanın “Sindir” adlı hərbi əməliyyatından sonra atəşkəs barədə xahişi Pakistan edib. Bu əməliyyat 22 aprel tarixində Cammu və Kəşmir ittifaq ərazisində, turist şəhəri Pahalgamda baş verən və 25 hindistanlı ilə 1 Nepal vətəndaşının ölümü ilə nəticələnən terror aktından sonra həyata keçirilib.



Misrinin sözlərinə görə, atəşkəslə bağlı danışıqlar Hindistan və Pakistan silahlı qüvvələri arasında mövcud kanallar vasitəsilə birbaşa aparılıb.



Qeyd edək ki, Tramp daha əvvəl Hindistan və Pakistan arasında ərazi münaqişəsinin həlli üçün ABŞ-ın vasitəçilik etməyə hazır olduğunu bildirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu