Hindistanın baş naziri ilə Bayden Ukraynadakı vəziyyəti müzakirə ediblər


Hindistanın baş naziri Narendra Modi ABŞ prezidenti Co Baydenlə Ukrayna və Banqladeşdəki vəziyyəti müzakirə edib.


AFN.az xəbər verir ki, hindistanlı siyasətçi bu barədə X sosial şəbəkəsindəki səhifəsində bildirib.

“Biz müxtəlif regional və qlobal problemlər, o cümlədən Ukraynadakı vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi apardıq".

Modi vurğulayıb ki, söhbət zamanı Hindistanın sülh və sabitliyin tezliklə bərpasına tam dəstəyini bir daha təsdiqləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu