Məlahət İbrahimqızı xaricdəki əmlaklarından ayda 50 min dollardan çox icarə haqqı alır – İDDİA

Azərbaycan Respublikası Milli Məclisinin II, III, IV, V, VI və VII çağırış deputatı olmuş Məlahət İbrahimqızının Türkiyənin İstanbul şəhərində və Avstriyanın paytaxtı Vyanada əmlaka sahib olduğu iddia olunur.
AFN.az-a daxil olan anonim məlumata görə, deputat İstanbulda Bağdad prospektində 4, Bəylikdüzündə 2, həmçinin “İstanbul Vadisi” adlanan ərazidə 2 mənzilə sahibdir. Həmin mənzillərin icarəsindən hər ay təxminən 50 min ABŞ dolları gəlir əldə etdiyi vurğulanır. İddialara əsasən, onun 3 mənzili də Avstriyanın Vyana şəhərində yerləşir və bu əmlaklar da icarəyə verilib.
Mənbə qeyd edir: “Yaxın günlərdə mediada onun ölkə daxilində qazandığı əmlak və var-dövlətlə bağlı yazılar dərc olunmuşdu. Görünən budur ki, Məlahət İbrahimqızı sərvətini Azərbaycanda qazanır, lakin investisiyasını xaricə yönəldir. Bu məsələ araşdırılsa, məqsədəuyğun olar.”
Qeyd edək ki, bir neçə gün əvvəl yerli mətbuatda deputatın QHT fəaliyyəti, xüsusilə “Lider Qadınlar” İctimai Birliyi vasitəsilə aldığı qrantlar və reallaşdırdığı layihələr barədə geniş məlumatlar yayımlanıb.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.