Acun Ilıcalı "Fənərbaxça"dan istefa verdi

Acun Ilıcalı “Fənərbaxça” klubundakı vəzifəsindən istefa verib
Tanınmış media maqnatı və iş adamı Acun Ilıcalının İstanbul nəhəngi “Fənərbaxça”nın vitse-prezidenti postunu tərk etdiyi rəsmi olaraq təsdiqlənib.
Klubun yaydığı açıqlamada onun İdarə Heyətindən də ayrıldığı qeyd olunub.
Qeyd edək ki, Ilıcalı bu vəzifəyə 2023-cü ilin iyun ayında təyin olunmuşdu və qısa müddətdə klubun müxtəlif media və beynəlxalq layihələrində fəal rol almışdı.