“R+C-TRANS” MMC əmək pozuntusuna görə 20 min cərimə edildi


“R+C-TRANS” MMC əmək hüquqlarını pozduğuna görə cərimələndi



“R+C-TRANS” MMC tərəfindən işçinin əmək hüquqlarının pozulması faktı ilə bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılıb.



AFN.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.



Araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) şəxsin Masallı rayonu ərazisində müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.



Faktla bağlı Masallı Rayon Prokurorluğunda İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə hüquqi şəxsin ünvanına, Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.



Eyni zamanda Cəmiyyətin direktoru Məmmədov Rzaxan Şiraslan oğlu barəsində həmin Məcəllənin eyni maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Lənkəran-Astara Regional şöbəsinə göndərilib və vəzifəli şəxs 3 min manat məbləğində cərimələnib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu