ABŞ kəşfiyyatı İlon Maskın evlərinə gələn əcnəbiləri niyə izləyib?

Amerika kəşfiyyat orqanları İlon Maskın evlərinə gələn əcnəbiləri izləyib
AFN.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Wall Street Journal” məlumat yayıb.
Bu hərəkətlər ABŞ Daxili Təhlükəsizlik Departamenti və Ədliyyə Nazirliyi tərəfindən sanksiyalaşdırılıb və diqqət Şərqi Avropa və digər regionlardan gələn qonaqlara yönəlib. İş adamına və ya onun qonaqlarına qarşı ittiham irəli sürülməsə də, FTB daxil olan materiallarla bağlı görüşlər keçirib.
Qeyd edək ki, Mask Trampın seçki kampaniyasını dəstəkləyib, kampaniyaya 250 milyon dollardan çox sərmayə qoyub, lakin keçən həftə onların ittifaqı ictimai qınaq səbəbiylə faktiki olaraq dağılıb.