Təhsil krediti ilə bağlı statistika: 57 minə yaxın müraciət rəsmiləşdirilib


Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondunun təhsil tələbə kreditləri (TTK) üzrə 10 iyun tarixinə olan göstəricilərinə əsasən, indiyədək 70 minə qədər müraciətdən 57 minə yaxını rəsmiləşdirilərək gənclərin təhsilə çıxışı təmin olunub.



AFN.az xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə sosial şəbəkə hesabında paylaşıb. O bildirib ki, həmin kreditlərin 35%-i sosial, 65%-i isə standart TTK üzrədir. Qızların ümumi rəsmiləşdirilmiş kreditlər üzrə 62%-lik paya sahib olması, eyni zamanda sosial həssas qrupların təhsilə əlçatanlığının təmin edilməsi dövlətin təhsildə əhatəlilik prinsipinə sadiqliyini bir daha nümayiş etdirir.



"Fondun vəsaitləri hesabına təhsil almış və geri ödənişi başlayan məzunların əksəriyyəti rəsmi müqavilə əsasında əmək fəaliyyətinə cəlb olunub. Bu gün gənclərin təhsilə əlçatanlığı təmin olunur, işəgötürənlər isə kredit öhdəliyi olan gənclərə layiqli iş yerləri təklif edir və beləliklə, qarşılıqlı fayda doğuran əmək bazarı formalaşır. Sevindirici haldır ki, geri ödənişə başlayan 5 379 məzunun 73%-i rəsmi əmək fəaliyyəti ilə məşğuldur" - deyə K.Kərimzadə qeyd edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu