Əməkdar jurnalist İlyas Adıgözəlli 87 yaşında vəfat edib


Əməkdar jurnalist İlyas Adıgözəlli vəfat edib.



Bu barədə İqtisadiyyat.az-a onun yaxınları məlumat verib.



Bildirilib ki, İ.Adıgözəlli 87 yaşında dünyasını dəyişib.



Qeyd edək ki, İlyas Xıdır oğlu Adıgözəlli 1938-ci ildə Gürcüstanın Borçalı (Marneuli) rayonunun Sadaxlı kəndində anadan olub. 1957-ci ildə Sadaxlı kənd orta məktəbini bitirib. Ali təhsilini isə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinin jurnalistika şöbəsində alıb.



1963–2007-ci illərdə Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində işləyib. Bu illərdə "Araz" radiostansiyasında şöbə müdiri (1964), baş redaktorun müavini (1969), baş redaktor (1990), "Araz" proqramının baş direktoru (1993–1997-ci illərdə), radioda şərhçi (1997–2007-ci illərdə) vəzifələrində çalışıb.



1992-ci ildə Azərbaycan Respublikasının əməkdar jurnalisti fəxri adına layiq görülüb.



2007-ci ildən təqaüdə çıxsa da, Azərbaycan Televiziya və Radio Verilişləri-Qapalı Səhmdar Cəmiyyətində müqavilə üzrə proqramlar hazırlayıb.



Bakı Avrasiya Universitetində və Bakı Slavyan Universitetində jurnalistika fakültəsi tələbələrinə dərs deyib.



İ.Adıgözəlli əməkdar jurnalist Fikrət Adıgözəllinin atasıdır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu