Rövşən Rzayev məcburi köçkünlərlə görüşdü – Böyük Qayıdış davam edir


İyunun 3-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.



Komitədən verilən məlumata görə, qəbul zamanı vətəndaşların müraciətləri diqqətlə dinlənilib və bildirilib ki, qaldırılan məsələlər qanunvericiliyə uyğun şəkildə araşdırılaraq həll ediləcək.



Qəbulda qeyd olunub ki, Prezident İlham Əliyevin keçmiş məcburi köçkünlərin doğma yurdlarında rahat və təhlükəsiz yaşayış şəraitinin təmin edilməsi ilə bağlı verdiyi tapşırıqlar ardıcıl şəkildə həyata keçirilir. Birinci vitse-prezident Mehriban Əliyeva isə azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərini daim diqqətdə saxlayır və onun tapşırıqları əsasında müvafiq tədbirlər görülür.



Komitə sədri bildirib ki, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işlərinə uyğun olaraq, ilk növbədə qəzalı və ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlərin mərhələli şəkildə köçürülməsi təmin olunur.



Vətəndaşların müraciətləri əsasən Böyük Qayıdış, köçürülmənin prinsipləri, sorğularda iştirak, məşğulluq, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər sosial məsələlərlə bağlı olub.



Komitə vətəndaşların müraciətlərinə diqqətlə yanaşaraq, hər bir müraciətin qanunvericiliyə uyğun şəkildə araşdırılacağını və mümkün tədbirlərin görüləcəyini qeyd edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu