BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun ailəsi ziyarət edilib


BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun ailəsi ziyarət olunub



Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Sosial elmlər və psixologiya fakültəsinin məzunu, Vətən müharibəsi şəhidi Ataməli Musaoğlunun ailəsini ziyarət edib.



Ziyarət zamanı THİK üzvləri BDU-nun şəhid məzununun ailə üzvləri, o cümlədən övladı ilə görüşüb, hədiyyə və gül dəstələri təqdim ediblər.



Qeyd edək ki, Ataməli Musaoğlu 2012-2016-cı illərdə BDU-nun Sosial elmlər və psixologiya fakültəsində təhsil alıb. Psixoloq kimi fəaliyyət göstərən Ataməli Musaoğlu 2020-ci ildə könüllü olaraq ordu sıralarına qoşulub və oktyabrın 16-da Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə yaralı dostunu xilas edərkən düşmən snayperinin açdığı atəş nəticəsində şəhidlik zirvəsinə ucalıb. O, ölümündən sonra "Vətən uğrunda" və "İgidliyə görə" medalları ilə təltif edilib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu