Məcburi köçkünlərin müavinəti ilə bağlı yayılan xəbərlərə rəsmi cavab


Məcburi köçkünlərin aylıq müavinəti ilə bağlı yayılan məlumatlara rəsmi aydınlıq gətirildi



Bəzi media subyektləri “2025-ci ilin 1 iyun tarixindən etibarən 18 yaşı tamam olmamış və valideynlərindən biri məcburi köçkün olmayan şəxslərin vahid aylıq müavinətləri (“çörəkpulu”) kəsiləcək” məzmunlu informasiya yayıblar.



AFN.az xəbər verir ki, məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidməti açıqlama yayıb.



Açıqlamada bildirilib ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilib.



Bu qayda əsasında vahid aylıq müavinət alan məcburi köçkünlərə dövlət büdcəsindən müvafiq vəsaitin ödənilməsi davam etdirilir.



Açıqlamada xüsusi olaraq vurğulanır ki, qaydanın 2.6-cı bəndinə əsasən, valideynlərindən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara vahid aylıq müavinət verilmir. Bu və digər bəndlərin icrası müntəzəm olaraq həyata keçirilir.



Mütəmadi dürüstləşdirmə aparılarkən uşağın valideynlərindən biri “məcburi köçkün” statusuna malik olmadıqda, ona vahid aylıq müavinət ödənilmir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu