Hikmət Hacıyev: 400 nəfər mina partlayışlarının qurbanı olub

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın basdırdığı minaların “kütləvi qırğın silahı funksiyası daşıdığını” bildirib.
AFNşaz.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi sosial şəbəkədə yazıb.
“Azərbaycanda mina terroru qalmaqdadır”, – deyə o bildirib. Hikmət Hacıyevin sözlərinə görə, 2020-ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub.
“Bu minalar Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı zamanı qəsdən və hər tərəfdə basdırılıb. Bir çox hallarda minalar hər hansı hərbi zərurət olmadan – yalnız mülki şəxsləri hədəf almaq və məcburi köçkünlərin öz ata-baba torpaqlarına təhlükəsiz qayıdışını qəsdən gecikdirmək üçün qoyulub. Bu xüsusda, minalar kütləvi qırğın silahı funksiyası daşıyır və ciddi təhlükə yaradır”, – deyə o vurğulayıb.