ChatGPT-də nasazlıq: minlərlə istifadəçi şikayət etdi

Amerikanın "OpenAI" şirkəti tərəfindən hazırlanmış ChatGPT çatbotunun fəaliyyətində texniki nasazlıq baş verib.
AFN.az-ın məlumatına görə, hadisə bir sıra ölkələrdə, xüsusilə də ABŞ-da istifadəçilər tərəfindən müşahidə olunub. Bu barədə məşhur internet resurslarının işləmə vəziyyətinə nəzarət edən "Downdetector" platformasında məlumat yayılıb.
Bildirilib ki, 1,6 min nəfər ChatGPT-nin işləməməsi ilə bağlı şikayət edib. İstifadəçilərin 7 faizi "OpenAI" veb-saytında problemlə qarşılaşdıqlarını, 2 faizi isə sistemə daxil ola bilmədiklərini qeyd ediblər.