İstifadəçilər "ChatGPT" ilə bağlı problemlərdən şikayətçidilər


Müxtəlif ölkələrdən olan istifadəçilər ChatGPT neyron şəbəkəsində problemlərdən şikayət ediblər.



Bu barədə məşhur internet resurslarının problemlərini və ya kəsilməsini izləyən "Downdetector" veb-saytının məlumatlarında qeyd edilib.

Ən çox şikayət ABŞ-dan (2,3 mindən çox) daxil olub. Bundan əlavə problemlər Almaniya (800-dən çox) və Böyük Britaniyada (təxminən 700), ən az isə Kanada və İsraildən bildirilib.

İstifadəçilər həmçinin internet saytının fəaliyyətindən və çatbotu hazırlayan "OpenAI" şirkətinin tətbiqindən şikayət ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu