Azərbaycan - Macarıstan matçının hakimləri bəlli oldu


Azərbaycan - Macarıstan yoldaşlıq oyununun hakimləri müəyyənləşdi



Azərbaycan millisinin iyunun 10-da Macarıstan yığması ilə keçirəcəyi yoldaşlıq oyununu idarə edəcək hakimlərin adları açıqlanıb.



“Qafqazinfo”nun məlumatına görə, “Liv Bona Dea Arena”-da baş tutacaq qarşılaşmanın baş hakimi Belarusdan olacaq. Görüşü Viktor Şimusik idarə edəcək. Ona həmyerliləri Sergey KasavetsAnton Qusev kömək edəcəklər.



Oyunun dördüncü hakimi isə azərbaycanlı Cavid Cəlilov olacaq.



10 iyun

Azərbaycan - Macarıstan

Liv Bona Dea Arena. Saat 20:00

Baş hakim: Viktor Şimusik (Belarus)

Köməkçilər: Sergey Kasavets, Anton Qusev (hər ikisi Belarus)

Dördüncü hakim: Cavid Cəlilov (Azərbaycan)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu