Tofiq İsmayılovun oğlu hakim qarşısında


Azərbaycanın 1-ci dövlət katibi, mərhum akademik Tofiq İsmayılovun oğlu Mir Heydər İsmayılov və onunla birgə mühakimə edilənlərin məhkəməsi başlayıb.


İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Heydər İsmayılov və digərləri xüsusilə külli miqdarda dələduzluqda ittiham olunurlar. İş materiallarında yazılıb ki, İsmayılov iki nəfərin 810 min manat pulunu ələ keçirib.

Prokuror həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə razı olmayıb. Qətimkan tədbiri dəyişdirilmədən iş baxışa verilib.

Məhkəmə istintaqı tərəflərin dindirilməsi ilə davam edir.

Qeyd edək ki, T.İsmayılov 1991-ci ilin noyabrın 20-də Qarakənd kəndi üzərində ermənilərin Azərbaycanın hərbi helikopterini vurması nəticəsində həlak olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu