60 həkim baş psixiatrdan nazirə şikayət etdi: Aqressivlik edir...

Azərbaycanda 60-a yaxın həkim psixiatr Respublikanın baş psixiatrı Teymur Qafarovdan səhiyyə naziri Teymur Musayevə şikayət edib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazirə olunan şikayətdə bildirilib ki, Teymur Qafarov ölkənin baş psixiatrı olsa da, onun nə pandemiya, nə də müharibə dövründə fəaliyyətini görməyiblər.
İddia olunub ki, sertifaksiya imtahanı üçün baş psixiatrın yanına gedən uzman psixiatr həkimlərə qarşı Teymur Qafarov çox aqressivlik nümayiş etdirib və kursdan keçmələrinə mane olub.
Daha bir məlumata görə, həkim psixiatrların Teymur Musayevə şikayətindən sonra Səhiyyə Nazirliyi tərəfindən onların çalışdıqları klinikalarda yoxlamalar aparılır.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə sorğu ünvanlamışıq.