Vilnüsün işğal ssenarisi üçün evakuasiya planı paylaşıldı


Litvanın paytaxtı Vilnüsdə mümkün işğal halında genişmiqyaslı təxliyə planı ictimaiyyətlə paylaşılıb.



Vilnüs bələdiyyəsinin açıqladığı plana əsasən, düşmən qoşunlarının şəhəri ələ keçirməsi ehtimalı yaranarsa, 540 minə yaxın şəhər sakini mütəşəkkil şəkildə təxliyyə olunacaq.

Təxliyə planı Rusiyanın Ukraynaya davam edən hücumlarından sonra bölgədə artan təhlükəsizlik narahatlıqları fonunda elan edilib. Litva Estoniya və Latviya kimi digər Baltikyanı ölkələrlə birlikdə illərdir Rusiyadan gələn təhlükələr barədə xəbərdarlıq edir və müdafiə investisiyalarını artırır.

LRT-nin məlumatına görə, plan şəhər boyu 150 evakuasiya marşrutunu müəyyən edir. Hər məhəlləyə xüsusi toplaşma və çıxış məntəqələri ayrılıb. Vətəndaşlara mümkün evakuasiya əmri barədə SMS, siren və hazırlanmaqda olan xüsusi mobil proqram vasitəsilə məlumat veriləcək.

Planda bəzi yol və körpülərin evakuasiya qabiliyyətinə uyğun genişləndirilməsi nəzərdə tutulur.

Vilnüs bələdiyyə başçısı Valdas Benkunskas təxliyyə planının yalnız hərbi müdafiənin yetərli olmadığı təqdirdə həyata keçiriləcəyini vurğulayaraq, planın dərcinin panikaya səbəb olmaması lazım olduğunu bildirib.

Vilnüs Belarus sərhədindən cəmi 35 kilometr aralıda yerləşir. Rusiyanın yaxın müttəfiqi olan Rusiyanın yaxın müttəfiqi kimi Belarus minlərlə rus əsgərinə ev sahibliyi edir və 2022-ci ildə Ukraynanın paytaxtı Kiyevə uğursuz işğal cəhdində tramplin kimi istifadə edilib.

Litva həm də NATO-nun üzvüdür və Kalininqradla həmsərhəddir. Baltik dənizi sahilində yerləşən Kalininqrad Rusiyanın ən güclü hərbiləşdirilmiş bölgələrindən biridir.

Hərbi ekspertlərin fikrincə, Litva və Polşa arasındakı dar bir torpaq zolağı olan Suvalki dəhlizi NATO müdafiəsi üçün həssas ərazi hesab olunur. Bu ərazinin işğalı Polşa ilə Baltikyanı ölkələr arasında quru əlaqəni kəsmək riski daşıyır.

Səlahiyyətlilər planın ilk növbədə işğal ehtimalı üçün hazırlandığını, lakin böyük bir təbii fəlakət, nüvə hücumu və ya kritik infrastrukturun çökməsi vəziyyətində də həyata keçirilə biləcəyini qeyd edib.

1990-cı ildə Sovet İttifaqından ayrılaraq müstəqilliyini elan edən Litva Avropa İttifaqı və NATO ilə sıx əlaqələr qurub. Ölkə Ukraynaya güclü dəstəyi ilə tanınır və Kremlin genişlənmə siyasətinin region üçün riskləri barədə tez-tez xəbərdarlıq edir.

Digər tərəfdən, sentyabrda Belarus və Rusiyanın birgə hərbi təlimlər keçirəcəyi gözlənilir. Bu təlimin Litva sərhədinə yaxın ərazilərdə də keçirilə biləcəyi bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu