Oğurladığı bank kartıyla alış-veriş edən şəxs saxlanılıb

Nərimanov rayonu ərazisində yerləşən kafelərin birindən 600 manat dəyərində məişət əşyaları və bank kartı oğurlanıb. Daha sonra oğurluq edən şəxs həmin kartla 300 manat dəyərində alış-veriş edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AFN.az-a verilən məlumata görə, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı Ə.Əliyev müəyyən olunaraq saxlanılıb.
Bundan başqa Nizami rayonunda bir nəfərə məxsus “Kia” markalı avtomobildən içərisində 70 manat, 100 dollar və bank kartları olan pulqabını oğurlayan 28 yaşlı C.Ələsgərov da saxlanılıb.
Araşdırmalar aparılır.