Bu xəstəxana direktorlarının ölkədən çıxışına "stop" qoyula bilər


Azərbaycanda məşhur xəstəxana direktorlarının ölkədən çıxışına məhdudiyyət qoyula bilər.


Qaynarinfo-nun məlumatına görə, Şirvan, Şəki, Şabran və Saatlı rayonlardakı mərkəzi xəstəxanaların dövlətə külli miqdarda vergi borcu yaranıb.

Vergi borcu olan xəstəxanalar:

1. Şəki Rayon Mərkəzi Xəstəxanası (direktor Məcid Əliyev) - 121.522,49 AZN (11 saylı Ərazi Vergilər Baş İdarəsi);

2. Şirvan Şəhər Mərkəzi Xəstəxanası (direktor Pərviz Rüstəmbəyov) - 94.574,87 AZN (5 saylı Ərazi Vergilər İdarəsi);

3. Şabran Rayon Mərkəzi Xəstəxanası (direktor Səxavət Cəbrayılov) - 70.248,64 AZN (3 saylı Ərazi Vergilər İdarəsi);

4. Saatlı Rayon Mərkəzi Xəstəxanası (direktor Pərvin Məmmədov) - 23.074,04 AZN (5 saylı Ərazi Vergilər İdarəsi).

Sözügedən xəstəxana direktorlarına borcların ödənilməsi ilə bağlı vaxt verilib və əks halda, məhkəmənin qərarı ilə onların ölkədən çıxışına məhdudiyyət qoyula bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu