İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası təlimlər keçirəcək


İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası 2025-ci il Fəaliyyət Planı çərçivəsində həyata keçiriləcək təlimləri barədə məlumat açıqlayıb.


Koalisiyadan AFN.az-a verilən məlumata görə, 2025-ci il fəaliyyət planına uyğun olaraq, Daxili İşlər Nazirinin birinci müavini, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator, polis general-leytenantı cənab Seyfulla Əzimova “Uşaq əməyinin istismarı və onun müəyyən edilməsi üzrə indikatorlar” mövzusunda təlimlərin keçirilməsi ilə bağlı rəsmi müraciət ünvanlayıb. Müraciət Milli Koordinator tərəfindən dəstəklənib.
Koalisiya, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi ilə birgə Abşeron, Xızı, Sumqayıt RPİ, Quba, Xaçmaz, Şabran, Goranboy, Samux, Daşkəsən, Gəncə, Göygöl, Saatlı, Sabirabad, Ağdaş, İmişli, Göyçay, Şirvan, Biləsuvar, Hacıqabul, Laçın, Zəngilan, Cəbrayıl, Şamaxı, Qobustan və Ağsu rayon polis idarələrinin əməkdaşları – sahə müvəkkilləri və uşaq inspektorları üçün 2025-ci ilin may, iyun və iyul aylarında təlimlər təşkil edəcəkdir.
Təlimlərə başlamazdan öncə, 17 mart 2025-ci il tarixində Koalisiya üzvləri üçün "təlimçilər üçün təlim" proqramı həyata keçirilib. Sertifikat əldə etmiş təlimçilər yuxarıda qeyd olunan bölgələrdə təlimləri könüllü şəkildə həyata keçirəcəklər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu