Open AI X-ə bənzər sosial media yaratmağı planlaşdırır


OpenAI-nin yalnız süni intellektə əsaslanan işə diqqət yetirdiyi dövr başa çatmaq üzrədir. Şirkət indi istifadəçilərinə sosial media platforması təcrübəsi təqdim etməyi planlaşdırır.



OpenAI bu layihə ilə bağlı rəsmi açıqlama verməsə də, son məlumatlar şirkətin X platformasına bənzər bir xidmət təqdim etməyi hədəflədiyini ortaya qoyur.

OpenAI və Mask arasında keçmiş münaqişələr də bu baxımdan diqqəti çəkir.

"The Verge"nin hesabatına görə, bir çox mənbə OpenAI-nin X-ə rəqib olacaq sosial media platforması inkişaf etdirmək planlarını təsdiqləyib.

Bildirilir ki, şirkət hələ bu layihənin ilkin mərhələsindədir və konsepsiya üzərində işləyir. Bununla belə, artıq şirkət daxilində bir prototipin hazırlandığı iddia edilir.

Mənbələrə görə, OpenAI-nin həmtəsisçisi və baş direktoru Sam Altman bu layihə ilə bağlı rəy almaq üçün kənar şəxslərlə fərdi görüşlər keçirir.

Hesabatda həmçinin qeyd edilir ki, hazırlanmış daxili prototip ChatGPT-nin inteqrasiya olunmuş render funksiyasına əsaslanır.

Ancaq bu platformanın sosial bir axın (social feed) kimi yeniliklər təqdim edəcəyi bildirilir.

Bu platformanın ChatGPT-nin bir hissəsi olub-olmayacağı ilə bağlı hələ rəsmi açıqlama olmasa da, prototip OpenAI-in gələcəkdə nələr təklif edə biləcəyi barədə ip ucları verir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu