İtkin düşən gəncin meyiti bulvarda tapılıb


Bakıda itkin düşən oğlanın cəsədi tapılıb.


AFN.az Oxu.az-a istinadən xəbər verir ki, 22 yaşlı Fərid Məmmədovun meyiti Dənizkənarı Milli Parkda dənizdən tapılıb.

Onun üzərində zorakılıq əlamətləri olmayıb. Polis əməkdaşları tərəfindən meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Fərid Məmmədov aprelin 1-də işdən çıxıb və evə qayıtmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu