Qaraçuxurda manyak peyda olub? - Polis işə qarışdı


Paytaxtın Suraxanı rayonu Qaraçuxur qəsəbəsində naməlum şəxsin yeniyetmə qızlara qarşı əxlaqsız hərəkətlər etdiyi iddia edilir.


AFN.az Qafqazinfo-ya istinadən xəbər verir ki, son günlərdə həmin şəxsin qəsəbə ərazisində 2 məktəbli qıza yaxınlaşaraq xoşagəlməz hərəkətlər etməsi qeyd olunub. Artıq yeniyetmələrin yaxınları məsələ ilə bağlı polisə müraciət ediblər.

DİN-in Mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli sorğuya cavab olaraq bildirib ki, məsələ ilə bağlı polisə müraciət daxil olub: "Hazırda müraciətlə bağlı araşdırmalar aparılır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu