Vahid Əhmədovun oğluna yeni vəzifə verilir


Sabiq deputat Vahid Əhmədovun oğlu yeni vəzifəyə təyin ediləcək.


AFN.az APA-ya istinadən xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən layihəyə əsasən, Zəfər Vahid oğlu Əhmədov Bakı Apellyasiya Məhkəməsinə hakim təyin ediləcək.

Qeyd edək ki, Zəfər Əhmədov 6 iyul 2024-cü ilədək Qaradağ rayon prokuroru vəzifəsində çalışıb. Onun 5 illik səlahiyyət müddəti başa çatdıqdan sonra yenidən eyni vəzifəyə təyin edilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu