Trampın üçüncü prezidentliyi mümkündür


ABŞ prezidenti Donald Trampın üçüncü müddətə yenidən seçilməsi ehtimalı var, lakin bunun üçün ABŞ Konstitusiyasına düzəlişlər lazımdır.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, vu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson məlumat verib.

"Mən hər kəsə deyirəm, konstitusiyanı oxuyun, konstitusiya yolları var. Bunu etmək üçün konstitusiyanı dəyişməli olacaqsınız", - deyə o, "NBC News" müxbirinin mövzu ilə bağlı sualını cavablandırarkən deyib.

Conson həmçinin qeyd edib ki, o, Trampla üçüncü müddət haqqında danışıb və prezidentin konstitusiya məhdudiyyətlərini başa düşür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu