Nigar Fərhadın verilişi bağlandı


Nigar Fərhadın "Kanal S”də yayımlanan "Sözün bitdiyi an” verilişinin yayımı sabahdan dayandırılacaq.


Bu barədə Manset.az-a açıqlamasında kanalın Baş direktor müavini Ramin Mustafayev bildirib:

"Nigar Fərhad sabahdan etibarən efirdə yoxdur. Baş direktor bildirdi ki, onun verilişinin yayımı 02.04.2025 tarixindən dayandırılır”.

Qeyd edək ki, Nigar Fərhadın efirdə işlətdiyi "Mənim oğlum olsa, mən ona atası olmayan qızı ala bilmərəm” açıqlaması cəmiyyətdə ciddi rezonans doğurub.

Bu gün isə Audiovizual Şura "Kanal S”in yayımının bir günlük dayandırılması ilə bağlı qərar qəbul edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu