"Spektr" raketi havada partladı

"Spektr" raketi buraxıldıqdan təxminən 30 saniyə sonra havada partlayıb.
Norveçin Andoya Kosmik Mərkəzində kosmosa buraxılan Alman istehsalı olan "Spektr" Avropadan orbitə buraxılan ilk kommersiya kosmik raketi olmaq üçün nəzərdə tutulmuşdu. Lakin işlər planlaşdırıldığı kimi getməyib.
Raket buraxıldıqdan təxminən 30 saniyə sonra havada partlayıb. Təxminən 50 ton ağırlığında olan raket canlı yayım zamanı Andoya adasındakı buraxılış meydançasının yaxınlığında yerə düşüb.
Raketin istehsalçısı olan "Isar Aerospace" sınaq uçuşu zamanı peykin yerləşdirilməsi üçün məlumat toplamağı planlaşdırırdı.