Tanınmış telejurnalistlər evləndi

“Anewz” televiziyasının direktoru Rüfət Həmzəyev “Real TV”nin aparıcısı Vəfa Ağabalayeva ilə ailə qurub.
Bu haqda “Bakupost” məlumat yayıb.
Belə ki, V.Ağabalayeva bugünkü efirə Həmzəyeva soyadı ilə çıxıb.
Qeyd edək ki, Rüfət Həmzəyev 2020-ci ilin fevralından 2024-cü ilin iyulunadək “AzTV”nin sədr müavini postunda çalışıb. Vəfa Ağabalayeva da “Real TV”dən öncə “AzTV”də işləyib.
Bu, hər iki şəxsin ikinci evliliyidir.