CNN Trampın son çıxışında səsləndirdiyi doqquz yalanı ifşa etdi


ABŞ prezidenti Donald Tramp sonuncu dəfə brifinqdə jurnalistlərə ən azı doqquz yalan ifadə verib.


AFN.az xəbər verir ki, bu məlumatı CNN televiziyası yayıb.

CNN-in məlumatına görə, yalanlar 2024-cü ilin noyabrında ABŞ-da keçirilən seçkilərin nəticələri, Ukraynaya yardım, miqrasiya, Çin və Kanada ilə ticarət kəsirləri kimi əsas məsələlər üzrə şişirdilmiş rəqəmləri əhatə edib. Telekanal qeyd edib ki, Tramp seçkidə 80 milyondan bir qədər çox səs aldığını iddia edib. Halbuki rəsmi nəticələr onun üçün təxminən 77,3 milyon seçicinin səs verdiyini göstərir.

CNN-in iddiasına görə, prezident ABŞ-ın Çinlə ticarət kəsirinin 1 trilyon dolları keçdiyini iddia edib, əslində isə bu rəqəm 2024-cü ildə 263,3 milyard dollar olub. Oxşar təhriflər Kanada ilə bağlıda baş verib, burada real kəsir Trampın iddia etdiyi kimi 200 milyard dollar deyil, 35,7 milyard dollardır.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti dəfələrlə CNN və digər aparıcı Amerika KİV-lərini kəskin tənqid edib, onları qərəzli və vicdansızlıqda, korrupsiya və qanunsuzluqda ittihan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu