NASA "Starliner"i daha bir sınaq uçuşuna göndərmək istəyir

NASA astronavtları Beynəlxalq Kosmik Stansiyaya (BKS) müntəzəm daşımaq üçün istifadə edilməzdən əvvəl "Starliner" kosmik gəmisini daha bir sınaq uçuşuna göndərmək istəyir.
AFN.az xəbər verir ki, bu barədə “SpaceNews” nəşri məlumat yayıb.
"Starliner" heyəti BKS-dən qayıtdıqdan sonra keçirilən brifinqdə ABŞ Kosmik Agentliyinin kommersiya proqramının rəhbəri Stiv Stiç bildirib ki, NASA bu gəminin göyərtəsində insanlarla və ya insanlarsız baş tuta biləcək növbəti sınaq uçuşunu gözləyir. "Biz bir uçuş etmək və sonra fırlanan ekipaj uçuşuna keçmək istərdik" - deyə icraçı bildirib.
Onun sözlərinə görə, "Starliner" kosmik gəmisini təkmilləşdirmək lazımdır. Xüsusilə, son sınaq missiyası zamanı çoxsaylı problemlərlə qarşılaşan və nəticədə gəmi heyətinin aşağı Yer orbitində "ilişib qalmasına" səbəb olan hərəkət sistemini dəyişdirmək lazımdır.