Dünyada hər 5 nəfərdən 1-i iqlim dəyişikliyinin təsirini hiss edir

Dünyada hər 5 nəfərdən 1-i insanın yaratdığı iqlim dəyişikliyinin təsirini güclü şəkildə hiss edir.
“Climate Central” müstəqil elmi təşkilatı 2024-cü ilin dekabr 2025-ci ilin fevral ayları arasında iqlim dəyişikliyinin təsirləri haqqında hesabat dərc edib.
Sözügedən dövrdə kömür, benzin və metan qazı emissiyalarının hava istiliyinə təsirlərini araşdıran hesabat 220 ölkə və 940 şəhərdəki orta hava istiliyinə əsaslanıb.
Hesabatda dünyada hər 5 nəfərdən 1-nin bu dövrdə qeyri-adi temperaturlar yaşadığı və bununla da insanların yaratdığı iqlim dəyişikliyinin təsirlərini birbaşa hiss etdiyi ortaya çıxıb.
Bbu dövrdə dünyada 394 milyon insanın riskli isti hava ilə üzləşdiyi və bu insanların 74 faizinin Afrikada yaşadığı bildirilib.
Hesabatda 2025-ci il fevralın 28-də dünya əhalisinin təxminən 37 faizini təşkil edən 3 milyard insanın riskli isti hava ilə üzləşdiyi bildirilir.