Ankara Avropanın təhlükəsizliyi ilə bağlı danışıqlarda iştirak etmək niyyətindədir

Türkiyənin xarici işlər naziri Hakan Fidan hollandiyalı həmkarı Kaspar Veldkampla sabaha planlaşdırılan görüşündə Ankaranın Avropa təhlükəsizliyi üzrə danışıqlarda iştirakının zəruriliyi məsələsini qaldıracaq.
AFN.az xəbər verir ki, bu barədə "RİA Novosti" departamentdəki mənbəyə istinadən məlumat yayıb.
Bildirilir ki, Hollandiya Xarici İşlər Nazirliyinin rəhbəri martın 11-də Türkiyənin paytaxtına gələcək.
“Xarici işlər naziri Fidan Türkiyənin Avropa təhlükəsizliyi ilə bağlı danışıqlarda iştirakının zəruriliyini də bəyan edəcək”, - deyə mənbə bildirib.