“AzerGold” şəhid analarını ziyarət etdi - FOTOLAR


“AzerGold” QSC tərəfindən 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Daşkəsən rayonunda qeydiyyatda olan şəhid anaları ziyarət edilib.


QSC-nin yerli əhali və icmalarla iş prioritet istiqaməti çərçivəsində təşkil edilən ziyarətin məqsədi ölkəmizin ərazi bütövlüyü uğrunda həyata keçirilmiş hərbi əməliyyatlar zamanı həlak olmuş şəhidlərimizin ailə üzvlərinin daim diqqətdə saxlanılması, onların hərtərəfli qayğı ilə əhatələnməsi istiqamətində dövlətimizin yürütdüyü siyasətə əlavə töhfə verməkdir.

Ziyarət zamanı şəhid anaları və həmçinin onların xanım vərəsələrinə “AzerGold” QSC adından təbrik məktubu, gül buketi və hədiyyə kartı təqdim edilib, şəhidlərimizin xatirəsi dərin hörmət və ehtiramla yad edilib.










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu