Yoon Suk Yeol sərbəst buraxıldı

Cənubi Koreyada hərbi vəziyyət elan edildikdən sonra prezident postundan uzaqlaşdırılan Yoon Suk Yeol azadlığa buraxılıb.
"Yonhap"ın məlumatına görə, Seul Mərkəzi Dairə Məhkəməsi Yoonun saxlanması ilə bağlı şikayətini qəbul edib.
Məhkəmənin qərarından sonra Yoon azadlığa buraxılıb.
Qeyd edək ki, Yoon 3 dekabr 2024-cü ildə elan edilən hərbi vəziyyətlə bağlı ittihamnamənin qanunsuz olduğunu əsas gətirərək həbs qərarına etiraz etmişdi.