Litvanın kasetli bombalara dair Konvensiyadan çıxmaq qərarı qüvvəyə minib


Litvanın kaset bombalarının istehsalı, istifadəsi və əldə edilməsinin qadağan edilməsi haqqında Konvensiyadan çıxmaq qərarı qanuni qüvvəyə minib.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

“Litva kasetli bombalar haqqında Konvensiyadan çıxması hüquqi qüvvə əldə edib”, - deyə məlumatda bildirilir.

Litva Seymi (parlamenti) 2024-cü ilin iyulunda konvensiyanın denonsasiyasına səs verib. Həmin ilin payızında Vilnüs BMT-yə bu sazişdə iştirakını dayandırdığı barədə məlumat verib. Bundan sonra qərarın qanuni qüvvəyə minməsinə qədər altı ay gözlənməsi şərt olduğu üçün həmin gün 2025-ci il martın 6-sına təsadüf edib.

Litva həmçinin piyada əleyhinə minalara dair Ottava Konvensiyasından çıxmağı düşünür. Vilnüsdə hesab edirlər ki, bunu NATO-nun şərq cinahındakı bütün ölkələr və ya Rusiya və Belarusla həmsərhəd olan alyansın üzvləri birgə həyata keçirə bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu