Tramp: ABŞ Lesotoda LGBT-ni dəstəkləmək üçün 8 milyon dollar xərcləyib


Birləşmiş Ştatlar Afrikanın cənubundakı Lesoto ölkəsində varlığını “heç kəsin eşitmədiyi” LGBT-ni dəstəkləmək üçün milyonlarla dollar xərcləyib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Konqresdə çıxışı zamanı deyib.

“8 milyon dollar heç kimin eşitmədiyi Lesoto adlı bir Afrika ölkəsində LGBT hüquqlarının təbliğinə xərclənib”, - deyə Tramp bildirib.

ABŞ prezidenti xarici yardım proqramları da daxil olmaqla, ABŞ hökumətinin digər israfçı xərcləri arasında Lesotoya xərcləri göstərib. Xüsusilə, onun sözlərinə görə, ABŞ Myanmada müxtəliflik, bərabərlik və inklüzivliyi təşviq etmək üçün təqaüdlərə 45 milyon dollar, eləcə də məskunlaşmış miqrantların sosial və iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün 40 milyon dollar xərcləyib. "Baxmayaraq ki, heç kim onların kim olduğunu bilmir” - deyə Tramp əlavə edib.

“Frans Press” agentliyinin məlumatına əsasən, Lesoto dünyada HİV/QİÇS-in ən yüksək göstəricilərinə malikdir. ABŞ 2006-cı ildən bəri Lesotodakı problemlə mübarizə üçün 630 milyon dollardan çox pul xərcləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu