Avropa Parlamentinin bəzi deputatları barəsində korrupsiyada şübhəli bilinərək istintaq başladılıb

Avropa Baş Prokurorluğu (EPPO) Avropa Parlamentinin (AP) 10-a yaxın hazırkı və keçmiş deputatı barəsində korrupsiyada şübhəli bilinərək istintaqa başlayıb.
Belçikanın fransızca nəşr olunan “Le Soir” qəzetində yer alan xəbərə görə, Avropa Parlamentinin deputatları köməkçilərinə verdikləri maaş və müavinətlərdə qanun pozuntularında şübhəli bilinirlər.
Korrupsiyada təqsirli bilinən 10-a yaxın deputat arasında əvvəllər eyni ittihamla vəzifəsindən uzaqlaşdırılan Yunanıstan deputatı Eva Kaili və Belçikalı deputatlar Vilde Vautmans və Tom Vandendriesşe var.
İstintaq çərçivəsində aparılan araşdırmalar nəticəsində EPPO korrupsiya hallarında ümumi artım olduğunu, 2024-cü ildə apardığı araşdırmaların isə əvvəlki ilə nisbətən iki dəfə artdığını müəyyən edib.
EPPO daha əvvəl Avropa İttifaqı (Aİ) Komissiyasının Covid-19 pandemiyası zamanı vaksinlərin alınması ilə bağlı müqavilədə hər hansı pozuntuya yol verib-verməməsi ilə bağlı araşdırmaya başlamışdı.
Ofis korrupsiya cinayətləri haqqında adekvat məlumat vermədiklərinə görə Aİ qurumlarını tez-tez tənqid edir.