Yaponiyada meşə yanğını 2100 hektar ərazini külə döndərib

Fevralın 26-da Yaponiyanın şimal-şərqində başlayan meşə yanğınında təxminən 2100 hektar ərazinin külə döndüyü bildirilib.
NHK dövlət televiziyasının məlumatına görə, hakimiyyət İvate prefekturasının Ofunato şəhərində meşə yanğını ilə bağlı açıqlama verib.
Səlahiyyətlilər təxminən 2100 hektar ərazinin külə döndüyünü və yanğınlarla mübarizə üçün ölkə üzrə 2000-dən çox yanğınsöndürən ayrıldığını açıqlayıb.
Səlahiyyətlilər tüstünün yaşayış məntəqələrinə doğru irəlilədiyini və 80-dən çox binanın zədələndiyini bildiriblər.
Yanğına havadan və qurudan müdaxilənin davam edildiyi və yanğın səbəbindən təxminən 1200 şəhər sakininin təxliyə edildiyini bildirilib.
Ofunato qubernatoru Fuçiqami Kiyoşi alovun daha da genişlənəcəyindən narahatlığını ifadə edib.