Polis Nərimanovda əməliyyat keçirdi

Nərimanov Rayon Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə paytaxt sakini 74 yaşlı V.Usolsevin rayon ərazisində yerləşən evində gizlətdiyi odlu silah-sursat götürülüb.
DİN Mətbuat xidmətindən verilən xəbərə görə, 74 yaşlı V.Usolsevin evində odlu silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı araşdırılıb.
Həmin şəxs polislər tərəfindən saxlanılıb. Onun ünvanından 1 “Kalaşnikov” avtomatı, 2 tüfəng, 1 tapança və 153 ədəd patron aşkarlanaraq götürülüb.
Faktla bağlı Cinayət İşi başlanılıb, araşdırmalar davam etdirilir.