Hövsanda yük maşınından meyit tapıldı

Suraxanı rayonu Hövsan qəsəbəsində yük maşınından kişi meyiti tapılıb.
Meyit gecə saatlarında qəsəbə ərazisində “Qazel” markalı avtomobildə aşkarlanıb.
İlkin araşdırmalar nəticəsində vəfat edən şəxsin 1966-cı il təvəllüdlü C. Ələkbərov olduğu müəyyənləşib.
Faktla bağlı araşdırma aparılır.