Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Gözlənilən şaxtalı hava şəraiti ilə əlaqədar növbəti xəbərdarlıq olunub.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 23-dən 24-nə keçən gecə havanın minimal temperaturu 3-5 dərəcə şaxta, 24-dən 25-nə keçən gecə isə 6-8 dərəcə şaxta olacaq.
Şaxtalı hava şəraiti ilə əlaqədar yollar buz bağlayacaq.