HƏMAS İsrailin sabah 602 fələstinlini azad edəcəyini açıqlayıb

HƏMAS-a bağlı Əsirlər Media Ofisi yanvarın 19-da İsrail və HƏMAS arasında atəşkəs və əsir mübadiləsi razılaşmasına uyğun olaraq azad ediləcək fələstinlilərlə bağlı açıqlama verib.
Açıqlamada 50-si ömürlük, 60-ı ağır cəzaya məhkum edilmiş, 445-i Qəzzadan olmaqla 602 fələstinlinin sabah azad ediləcəyi bildirilib.
Qeyd edək ki, HƏMAS-ın hərbi qanadı İzzəddin Əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə sabah keçiriləcək məhbus mübadiləsinin 8-ci turunda 6 israilli məhbusun da azad ediləcəyini açıqlayıb.