Çin 3 Filippin təyyarəsini Spratli adalarından çıxarıb


Çin Cənubi Çin dənizində iki ölkə arasında suverenlik mübahisəsi mövzusu olan Spratli adalarından üç Filippin təyyarəsini çıxardığını açıqlayıb.


Çin Xalq Azadlıq Ordusunun Cənub Cəbhəsi Komandanlığından verilən açıqlamada Filippinə aid 1 ədəd "C-208" və 2 ədəd "N-22" tipli təyyarənin çinlilərin "Nanşa adaları" adlandırdığı ada və qayalıqların yerləşdiyi bölgənin hava məkanına qeyri-qanuni yollarla daxil olduğu bildirilib.

Açıqlamada sahil mühafizə bölmələrinin vəziyyəti yaxından izlədiyi və təyyarələrə xəbərdarlıq edərək onları ərazidən uzaqlaşdırdığı qeyd edilib.

Digər tərəfdən, 18 fevralda Çin ordusuna aid bir helikopterin Scarborough Sound yaxınlığında Filippin patrul təyyarəsinin yaxınlığından uçması hadisəsi ilə bağlı komandanlıq da açıqlama verib.

Açıqlamada "C-208" tipli Filippin təyyarəsinin Çin gəmisinin xəbərdarlığına cavab vermədən yüksəkliyi davamlı olaraq dəyişdirərək təhlükəli manevrlər etdiyi və qəsdən patrul helikopteri ilə eyni yüksəkliyə endiyi iddia edilib.

Çin helikopterinin patrul təyyarəsi yaxınlığında uçuşunu təyyarənin göyərtəsində olan beynəlxalq media qurumlarının müxbirləri də müşahidə ediblər. ABŞ Dövlət Departamenti Çini helikopterin təhlükəli manevrinə görə qınayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu