Azərbaycanda bəzi saytlar haker hücumuna məruz qaldı


Azərbaycanda bir sıra informasiya resursları kütləvi haker hücumuna məruz qalıb.


AFN.az xəbər verir ki, bu səbəbdən report.az, oxu.az, baku.ws, caliber.az və digər saytların fəaliyyətində problemlər yaranıb.

Hazırda həmin saytlara giriş məhdudlaşıb.

Qeyd edək ki, haker hücumuna məruz qalan "Report” informasiya agentliyinin saytında "Hüseynçilər” hərəkatının loqosu yerləşdirilib. Sonradan isə həmin bildiriş yığışdırılıb və hazırda saytlara girişdə sadəcə "Bu sayta daxil olmaq mümkün deyil” yazısı görünür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu